Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda uzunömürlülük müddəti artıb

Naxçıvanda uzunömürlülük müddəti artıb

2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

“Report” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə hələ 2018-ci ilin yanvarından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Qeyd edilir ki, əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına təkan verib. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 75,1 yaş, o cümlədən kişilərdə 73,2, qadınlarda isə 76,9 yaş təşkil edirdisə, son illər bu göstərici 78,6, o cümlədən kişilərdə 76,6, qadınlarda isə 80,5 yaş səviyyəsində olub.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …