Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda Sığorta Xidməti ləğv olundu

Naxçıvanda Sığorta Xidməti ləğv olundu

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib.

“Report”un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov mayın 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …