Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda rabitə bölmələrinin taktiki məşğələləri keçirilib -VİDEO

Naxçıvanda rabitə bölmələrinin taktiki məşğələləri keçirilib -VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.

Şəxsi heyətin çöl vərdişlərinin, praktiki bacarıq və qabiliyyətlərinin yüksəldilməsi, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə dərslər keçirilib. Məşğələdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması praktiki olaraq göstərilib.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …