Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilib

Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilib

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır.

Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi növbəti dəfə Babək rayonundan olan qazilərimizin səhhəti ilə maraqlanıb. Aksiya çərçivəsində yaralı hərbi qulluqçularımıza müxtəlif ixtisaslı həkimlər tərəfindən səhiyyə xidməti göstərilib.

Vətən müharibəsi qaziləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə növbəti aksiya Ordubad rayonunda keçiriləcək.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …