Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda məktəbdə müəllimlər etiraza qalxdı – Fotolar

Naxçıvanda məktəbdə müəllimlər etiraza qalxdı – Fotolar

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlər direktora etiraz edir.
Bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.
Onların heç biri dərsə girməyib.
Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.
Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov narazılıqla bağlı məktəbə gəlib.
Təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib:
“12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək”.
Qeyd edək ki, məktəbə yeni direktor təyin olunan Turan Məmmədlinin orada çalışan müəllimlərin dərs yükünü azaltdığı iddia olunur.
Bununla yanaşı, onun müəllimlərlə davranış tərzinin də etiraza səbəb olduğu bildirilir.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …