Ana səhifə / Bölgələr / Naxçıvanda baş həkim işdən çıxarıldı

Naxçıvanda baş həkim işdən çıxarıldı

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.

Digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib. 1978-ci ildə Naxçıvan şəhərində doğulan Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.

Naxçıvan şəhər poliklinikasında bır sıra nöqsanların qeydə alındığı, arayışların verilməsi, tibbi sığorta göndərişləri ilə bağlı əhali arasında narazılıq olduğu bildirilir. APA

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …