Ana səhifə / Bölgələr / Naxçıvanda Aşura günü 225 litr qan tədarük olunub

Naxçıvanda Aşura günü 225 litr qan tədarük olunub

Avqustun 31-də – Aşura günü Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında 88 nəfərdən 44, Diaqnostika Müalicə Mərkəzində 33 nəfərdən 16,5 litr qan götürülüb. Rayon mərkəzi xəstəxanaları üzrə Şərurda 40 nəfərdən 20, Sədərəkdə 40 nəfərdən 20, Kəngərlidə 40 nəfərdən 20, Şahbuzda 36 nəfərdən 18, Culfada 66 nəfərdən 33, Ordubadda 35 nəfərdən 17,5, Babəkdə isə 72 nəfərdən 36 litr qan götürülüb. Ümumilikdə, muxtar respublika üzrə 450 nəfərdən 225 litr qan tədarük olunub.

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində təşkil olunub. Sosial məsafə gözlənilməklə və sanitar-gigiyena qaydalarına ciddi əməl edilməklə keçirilən aksiyada götürülən qanın qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilib.

Aksiya nəticəsində kifayət qədər qan ehtiyatı yaradıldığını vurğulayan Qan Bankının şöbə müdiri Məmmədəli Həsənov iştirakçılara təşəkkürünü bildirib.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …