Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb – FOTO

Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb – FOTO

Naxçıvan Muxtar Respublikasında “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb.

Azinforum.az xəbər verir ki, 2 hektara yaxın ərazidə tikiləcək xidmətdə hal hazırda qazıntı işləri görülür.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8.8 milyon manat vəsait ayrılıb. Bu da işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək.

Naxçıvan şəhərinində inşa edilən Gənclər Yaşayış Kompleksində də tikinti işləri davam etdirilir. Hazırda kompleksdə dəmir-beton və hörgü-suvaq işləri görülür.

İnşa edilən Gənclər Yaşayış Kompleksindəki binalardan ikisi 7, dördü isə 5 mərtəbəlidir.

Həmçinin tikinti işləri Naxçıvan şəhərinin Babək məhəlləsindəki 15 nömrəli çoxmərtəbəli yaşayış binasını da əhatə edir.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …