Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda ailə təsərrüfatına rəhbərlik edən qadınların sayı açıqlandı

Naxçıvanda ailə təsərrüfatına rəhbərlik edən qadınların sayı açıqlandı

Hazırda Naxçıvan Muxtar Respublikasında qadınlar sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatlarında da təmsil olunurlar. Bu günədək 1 209 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 98-i qadınlar tərəfindən idarə olunur.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.
O, qeyd edib ki, Aərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra edilən və müvafiq olaraq Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi müxtəlif layihələri öz bəhrələrini verməkdədir. Bu layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 128 qadına 86 min 250 manat dəyərində sərmayə kapitalı verilib.
Cari ildə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi icra olunacaq.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …