Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 63405 hektar sahədə əkin aparılıb

Naxçıvanda 63405 hektar sahədə əkin aparılıb

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılıb. Bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.

Qeyd edək ki, muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkilib.

Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1549 hektar olub ki, bu da 2019-cu illə müqayisədə 545 hektar çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb. 3241 hektar sahədə kartof əkini aparılıb.

Həmçinin, 2020-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 45,1 hektar sahədə tütün əkini aparılıb.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …