Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 323 milyon dollarlıq sənaye məhsulu ixrac olunub

Naxçıvanda 323 milyon dollarlıq sənaye məhsulu ixrac olunub

İlk dəfə 2019-cu ildə muxtar respublikada sənaye məhsulunun dəyəri bir milyard manatı ötüb ki, bu da 2010-cu ildəki göstəricidən 3,2 dəfə çoxdur.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

2019-cu ildə sənaye məhsulunun 5,9 faizi dövlət, 94,1 faizi isə qeyri-dövlət sektorunda qeydə alınıb. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 faiz təşkil edib. Ötən il istehsal edilmiş sənaye məhsulunun 955 milyon 707 min 300 manatı emal sənayesində qeydə alınıb ki, bu da 2010-cu ildəki göstəricini 3,4 dəfə üstələyib. Yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib, 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

2019-cu ildə sənaye sektorunda 16763 nəfər işçi çalışıb. Bu da 2010-cu ildəki göstəricidən 30,4 faiz çoxdur. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2010-cu ildəki göstəriciyə nisbətən 40,9 faiz artaraq 416 manat təşkil edib.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …