Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 241 nəfər işlə təmin edilib

Naxçıvanda 241 nəfər işlə təmin edilib

Aprel ayında təşkil edilən əmək yarmarkalarında məşğulluq mərkəzləri tərəfindən Naxçıvan şəhərindən 45, Şərur rayonundan 43, Babək rayonundan 30, Ordubad rayonundan 27, Culfa rayonundan 32, Şahbuz rayonundan 15, Kəngərli rayonundan 36, Sədərək rayonundan isə 13 nəfər olmaqla, ümumilikdə, . 

Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən muxtar respublikada əvvəlcədən nəzərdə tutulmuş qrafik əsasında keçirilən əmək yarmarkalarında işaxtaranlara 223 idarə, müəssisə və təşkilatdan 1861 boş iş yeri təqdim edilib. Boş iş yerlərindən 586-sı fəhlə, 1211-i qulluqçu, 64-ü xidmət sahələrinə aid olub. 

Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. İşlə təmin olunanlardan 68 nəfərini gənclər, 11 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 48 nəfərini isə qadınlar təşkil edir. 

Azinforum.az

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …