Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 12 mindən çox sərnişin qatarla daşınıb

Naxçıvanda 12 mindən çox sərnişin qatarla daşınıb

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infrastrukturu yaradılır.
Azinforum.az xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin iyul ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 7 min 980 ton müxtəlif təyinatlı yük daşınıb. Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 12 min 167 sərnişin daşınıb.

Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılıb, baş və stansiya yollarına baxış keçirilib.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …