Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / “Mühəndis Qoşunları 4 729 hektar ərazini minalardan tam təmizləyib” – General

“Mühəndis Qoşunları 4 729 hektar ərazini minalardan tam təmizləyib” – General

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi və müdafiə nazirinin əmrinə əsasən, hazırda Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən respublikamızın işğaldan azad olunmuş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənməsi, partlayıcı vasitələrin və qurğuların axtarılması tapşırığı yerinə yetirilir”.

Bu sözləri Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

O qeyd edib ki, verilən əmrə əsasən, mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma torpaqlarına köçməsi üçün hərəkət yolları, hava limanı, əkin sahələri, su anbarları və digər infrastruktur və kommunikasiya xətləri yaradılacaq ərazilər şəxsi heyət tərəfindən axtarılır və təmizlənir:

“Bu günədək Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən 4 729 (rəqəmlər hər gün dəyişir) hektar ərazi minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənib. Minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün təyin edilmiş ərazi sahəsi xəbərdaredici nişanlarla hasara alınır. Minalardan tam təmizlənmə tapşırığı alan şəxsi heyət qoruyucu istehkam jiletləri ilə təchiz edilir. Gündəlik olaraq qrup rəhbərləri tərəfindən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Görülən tədbirlərə uyğun olaraq tapşırıq yerinə yetirilərkən bir yerə toplanmamaq, keçidlərdən kənar və yoxlanılmamış yerlərdə gəzməmək, minanın varlığını bilmədən qabaqcadan yoxlanılmamış məftili və başqa partlamayan maneələri yerindən tərpətməmək, irəli, geri çəkməmək, ancaq keçid və cığır işarələri ilə işarələnmiş sahələrdə hərəkət etmələri tapşırılır”. Report

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …