Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Mingəçevirdə 10-na yaxın şagird xəstəxanalıq oldu – VİDEO

Mingəçevirdə 10-na yaxın şagird xəstəxanalıq oldu – VİDEO

Mingəçevirdə 1400-ə yaxın şagirdin təhsil aldığı Mehdi Hüseynzadə adına 3 nömrəli orta məktəbin 6-cı sinif şagirdlərinin halı qəflətən pisləşib.

Belə ki, 10 yaxın uşaq təcili yardımla xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər.

Şagirdlərdə əsasən tərləmə, ürəkbulanma halları müşahidə olunub. Dərhal həmin uşaqların valideynlərinə xəbər verilib. Onlar səhhətlərində narahatlıq yaranan uşaqları xəstəxanaya çatdırblar.

Məktəblilərin son durumunu öyrənmək üçün şəhər xəstəxanasına yollandıq. Tibb ocağından bildirildi ki, müraciət edən uşaqlarda əsasən ürək bulanma müşahidə edilib. Onlarda heç bir patalogiya aşkarlanmayıb.

Uşaqların vəziyyəti stabilləşdikdən sonra hamısı evə buraxılıb.

https://youtube.com/watch?v=8_Z7e1JHJwQ

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …