Ana səhifə / Bölgələr / Masallıda yataq xəstəsi evdə yanaraq öldü

Masallıda yataq xəstəsi evdə yanaraq öldü

Bu gün səhər saatlarında Masallı rayonunda yanğın baş verib. Hadisə zamanı iki otaqlı ev yararsız hala düşüb, ev sahibəsi isə yanaraq dünyasını dəyişib.

Ev yanıb, 80 yaşlı sahibəsi isə yanaraq ölüb.

Yanğın hadisəsi bu gün səhər saatlarında Masallı rayonunun Qızılağac kəndində baş verib.

Yanğın zamanı ölən Cənnət Ələkbərova yataq xəstəsi olub. Onun evdə tək yaşadığı bildirilir.

Yaxınları yanğından xəbər tutduqda isə artıq gec olub.

Qadının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Baş vermiş hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …