Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / Masallıda yararsız vəziyyətdə olan uşaq bağçası – Video

Masallıda yararsız vəziyyətdə olan uşaq bağçası – Video

Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981 – ci ildə tikilib istifadəyə verilib.

Vaxtı ilə bağça iki korpusdan ibarət olub. Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb.

Hazırda fəaliyyətdə olan korpusda da pəncərə, qapılar qırıq vəziyyətdədir.

Bağçanın ən böyük problemlərindən biri də içməli su ilə bağlıdır. Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar.

Bu da onlara ay ərzində təxminən 100 manata başa gəlir.

Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutublar.

Qeyd edək ki, hazırda bağçada iki qrup fəaliyyət göstərir.

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …