Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / Masallı rayon icra hakimiyyəti başçısı səyyar-görüş qəbul keçirib

Masallı rayon icra hakimiyyəti başçısı səyyar-görüş qəbul keçirib

1 may  2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş – qəbulu Masallı rayon İcra hakimiyyəti başçısının Təklə inzibati dairəsi üzrə nümayəndəliyinin Sığıncaq kəndində keçirilmişdir.Səyyar qəbulda 100-dən çox kənd sakini iştirak etmişdir..        Təklə ərazisi 5 kənddən, 8225 nəfərdən ibarətdir.        Sığıncaq kəndində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən Təklə ərazisində cənab Prezidentin tapşırığına əsasən 2 yeni məktəbin tikintisi, dünya Səhiyyə Standartlarına uyğun, viləş çayı mənbəyindən götürülmüş içməli suyun çəkilişi, ərazidə qazlaşmanın aparılması və SİP kabelləşmənin tam başa çatmasını vurğulayıb.        Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub.        Sonra rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.        Ərazi sakinlərindən Cavanşir Əhmədov, Əhmədağa Cəfərov, Sabir Mustafayev, Nazim Eyniyev, Fəxrəddin Tağıyev, İbadulla Ağayev, Yavər İsmayılov və başqaları çıxış edərək  Xoşçobanlı kəndinin tam qazlaşdırılmasını, Sığıncaq kənd tam orta məktəbin qaz xəttinə qoşulmasını, güclü yağan yağışlar zamanı ərazinin su basmasının qarşısını almaqdan ötəri kanalların təmizlənməsini məsələsini gündəmə gətirmişlər.         Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş. Əksər məsələlər yerində həll olunmuşdur.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …