Ana səhifə / Bölgələr / Leriklə Lənkəranı birləşdirən yol genişləndirilir

Leriklə Lənkəranı birləşdirən yol genişləndirilir

Lənkəran-Lerik yolunun sürüşmə aktiv olan hissələrində sürüşmənin qarşısı alınması üçün istinad divalrları tikilərək bərkitmə işləri görülür. Bundan əlavə sözügedən yolda genişləndirmə və təmir-tikinti işləri aparılır.

Lənkəran-Lerik yolunda genişləndirmə və təmir-tikinti işləri aparılır

Lənkəran-Lerik yolunda genişləndirmə və təmir-tikinti işləri aparılır

Sputnik Azərbaycan-ın bölgə müxbirinin yol tikinti sahəsinin rəisi Raqib Mirzəyevdən əldə etdiyi məlumata əsasən, yol boyunca torpaq sürüşməsinin aktiv olan hissələrdə 100-150 metr, hündürlüyü isə 4-5 metrə çatan betnon istinad divarları inşa edilir: “Lənkəran-Lerik avtomobil yolunun təmir-tikinti işlərinə 2018-ci ilin dekabr aylarında başlanılıb.Yolun eni 10 metr, asfalt-beton yolun eni isə 7 metr nəzərdə tutulub. Yolda ötürücü qurğuların tikintisi, yolun hərəkət hissəsində avtomobillərin təhlükəsiz hərəkət etməsi üçün genişləndirmə işləri aparılır. Bununla bərabər Lənkəran-Lerik avtomobil yolunda işıq dirəkləri,rabitə xətlərinin və qaz borularının dəyişdirilməsi işləri də görülür”.

Lənkəran-Lerik yolunda genişləndirmə və təmir-tikinti işləri aparılır

Lənkəran-Lerik yolunda genişləndirmə və təmir-tikinti işləri aparılır

Məlumat üçün bildirək ki, ərazidə 70-ə yaxın canlı işçi qüvvəsi və 60 yaxın ağır texnika çalışır. Ərazidə icra olunan betonbərkitmə və 55 km-lik Lənkəran-Lerik avtomobil yolunun asfaltlanması işlərinin yay ayıarında başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Lerik rayonu cənub böıgəsinin əsas turizim əhmiyyətli rayonlardan biri olduğu üçün yol infrastrukturunun müasir standartlar səviyyəsində qurulması,yerli sakinlərlə yanaşı bura gələn həm yerli, həm də xarişi turistlərin də rahatlığına xidmət edəcək.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …