Ana səhifə / Bölgələr / Lerik şəhidimizin anasına son sözü və atanın arzusu VİDEO

Lerik şəhidimizin anasına son sözü və atanın arzusu VİDEO

“Yeni Müsavat” Media Qrupu olaraq 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.

Bu dəfə Lerik rayonundan olan bir neçə şəhidimizin ailəsini və qazilərimizi ziyarət etdik.

Bu dəfə haqqında danışacağımız şəhidimiz Cavanşir Həmidlidir. Vətən müharibəsi başlayanda, hərbi xidmətini başa vurmasına cəmi iki ay qalmışdı. Cavanşir hərbi xidmətdə olduğu müddətdə çalışqanlığı ilə seçilib. Bunu onun komandirləri, əsgər yoldaşları da deyir. Cavanşir hələ Vətən Müharibəsi başlamadan əvvəl, hərbi xidmətdə olan zaman sosial şəbəkədə Şuşanı, Xankəndini, Xocalını azad etmək arzusunda olduğunu yazıb. Onun istəyi işğal altında olan torpaqlarımıza tezliklə qovuşmaq olub.

Cavanşir Həmidli Lerik rayonunun ucqar kəndlərindən vətənin müdafiəsinə yollanan igid talış balalarından biridir.

Düşmənlə döyüşmək arzusunu tez-tez dilə gətirən Cavanşir silah yoldaşlarının xatirələrində qəhrəman kimi qalıb. O, bir neçə yaralı yoldaşını döyüş meydanından çıxarmağı da bacarıb.

Şəhidimizin əsas arzuları qardaşı ilə bağlı olub. Cavanşir qardaşının ali təhsil almasını çox istəyirmiş. Atası ilə danışanda da bunu tez-tez dilə gətirib.

Ali təhsilini hərbi xidmətdən sonra davam etdirməyi qərarlaşdıran Cavanşir ailə həyatı qurmağı da planlaşdırırmış.

Cavanşir hərbi xidmətdə olan zaman anasına sevdiyi qızın olduğunu deyib və qayıtdıqdan sonra elçi getmələrini istəyib.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …