Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Lerik RİH-dən İqbal Məmmədovla bağlı xəbərə reaksiya…

Lerik RİH-dən İqbal Məmmədovla bağlı xəbərə reaksiya…

Lerik Rayon İcra Hakimiyyəti “İqbal Məmmədovdan şikayət var” başlıqlı xəbərə münasibət bildirib.

Pravda.az-a daxil olan açıqlamada deyilir:

““Kaspi-Star” şirkətinə rayon icra hakimiyyəti başçısının 11 mart 2005-ci il tarixli 24 nömrəli Sərəncamı ilə Lənkərançay və Ləkərçay çayları boyunca dövlət torpaq fondundan tikinti materialları və emalı məqsədilə 26,6 ha torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən müvafiq rəylər, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaqdan müvəqqəti istifadə hüququna dair 7110 nömrəli Şəhadətnamə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 1103397, 1103400 və 1103401 nömrəli Çıxarışlar alınmışdır. Sonradan “Kaspi-Star” şirkətinə məxsus 26.6 hektar torpaq sahəsinin 4.38 hektarı daxili müqavilə əsasında notarial qaydada “Kaspi-Yıldız” MMC-yə verilmişdir. Hazırda həmin torpaq sahəsində qanunvericiliyə uyğun olaraq iş aparılır.

“Kaspi-Yıldız” MMC-yə Milli Məclisin deputatı İqbal Məmmədov deyil, Əliyev Cəmaləddin Məzahir oğlu rəhbərlik edir. Qum-çınqıl zavodu da “Kaspi-Yıldız” MMC-nin tərkibində fəaliyyət göstərir.

Yayımlanan videomaterialda görüntülənən tikinti iş aparılan sahədən 60-80 metr aralıda yerləşir. Aparılan qazıntı işləri yaşayış evləri üçün heç bir təhlükə yaratmır”.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …