Ana səhifə / Bölgələr / Laçından ermənilər evləri yandırmağa hazırlaşır

Laçından ermənilər evləri yandırmağa hazırlaşır

Laçında qanunsuz məskunlaşan ermənilər hələ də şəhəri tərk etməyiblər.

Bu barədə özünü Laçımın “icma rəhbəri” adlandıran Narek Aleksanyan Ermənistan mediasına müsahibəsində bildirib. O deyib ki, “sakinlər” Qarabağın başqa hissəsində, yoxsa Ermənistanda yaşayacaqlarına özləri qərar verəcəklər. Onun sözlərinə görə, şəhərdəki xaçkarlar, qəbirlər köçürüləcək. Aleksanyan ermənilərin şəhəri tərk edərkən evləri yandıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. “Bunun necə olacağını bilmirəm, amma bunun yaxşı olduğunu düşünmürəm. Sakinlərlə müzakirə zamanı belə bir söhbət oldu, amma söhbət emosiyalardan gedir, həqiqətən bunu edəcəklərmi, bilmirəm”-o, deyərək, əslində hiyləgər münasibətini açıqlayıb.

Aleksanyan qeyd edib ki, “nazir” Hayk Xanumyan da evlərin yandırılmasının əleyhinədir, o, bunun mənasını görmür.

Erməni mediası xatırladıb ki, “sakinlər” şəhəri tərk etməlidirlər. Dünən özünü qondarma “Artsaxın iqtisadi və texnoloji inkişaf naziri” adlandıran Hayk Xanumyan da bu barədə bildirib.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …