Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Koronavirusdan sağalan tibb işçisi: “Qorxmadım, mübarizə apardım”

Koronavirusdan sağalan tibb işçisi: “Qorxmadım, mübarizə apardım”

Koronavirusa yoluxmuş İsmayıllı sakini Naibə İbrahimova sağalaraq evə buraxılıb.

Rayonun mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin kiçik tibb işçisi olan N.İbrahimova bildirib ki, bir müddət öncə virusa yoluxduğu aşkar olunub, dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və müalicəsini orada alıb.O, sağalmağında əməyi olan hər kəsə təşəkkür edib. Keçirdiyi çətin dönəmdə sağlamlığının təmin edilməsi və hər cür dövlət qayğısı ilə əhatə olunduğuna, həmçinin qabaqlayıcı tədbirlər sayəsində pandemiyanın Azərbaycanda alovlanmasının qarşısı alındığına görə ölkə başçısına minnətdarlığını bildirib.

N.İbrahimova vətəndaşları “COVID-19”a yoluxmamaq üçün məsuliyyətli olmağa, həkimə müraciət etməkdən qorxmamağa, Prezidentİlham Əliyevin çağırışları altında sıx birləşməyə, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyə səsləyib.

Azvision.az

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …