Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / Kərəm Həsənova maraqlı sual: daydayın “meydan tv” ilə nə əlaqəsi?-ŞOK

Kərəm Həsənova maraqlı sual: daydayın “meydan tv” ilə nə əlaqəsi?-ŞOK

Son günlər ölkə mətbuatında ən çox müzakirə olunan mövzü “5-ci kalon” və onların havadarlarıdır.

Əlbətdə ki, ölkəmiz və dövlətimiz üçün gözlənilən hər bir xoşagəlməz hal ancaq və ancaq düşmən mövqeyindən irəli gələ bilər. Bu istiqamətdə dövlətin mənafeyi naminə Dövlət Təhlükəsizlik Xidməti üzərinə düşən bütün vasitələrdən istifadə edərək, xain qüvvələrin silahdaşlarını zamanında zərərləşdirir. Bütün cəhdlərə baxmayaraq “5-ci kalon” hələ də fəaliyyətdədir. Dəhşətlisi isə hakimiyyət daxilndə təmsil olunan həmən qüvvələr sanki əhdlərinə sadiq çixacaqlarına and içmiş kimi yola davam etməkdədir. Unutmaq lazım deyil ki, ölkə başçısı cənab İlham Əliyev hadisələri şəxsən özü izləyir. Keçək mətləbə…

Xatırladaq ki, bir müddət öncə Cəlilabad rayon Polis Idarlsinin rəis müavini Haci Röşən haqqında meydan tv-də polis adına və eyni zamanda nüfüzə xələl gətirən məlumat yayımlanmışdır. Maraqlı məqam ondan ibarətdir ki, həmən məlumati öz şəxsi facebook səhifəsindən “cəlilabadımız” qurupunda paylaşım edən şəxs Cəlilabad Dövlət Aqrar Inkişaf Mərkəzi (DAIM) direktoru Rahib Kərimovdur. Yaxınları və özünun hakimiyyətdə təmsil olunmağına baxmayaraq R. Kərimov muxalif tərəflədə əməkdaşlıq edir.

Məlum məsələdir ki, ölkədə sabitliyin qorunmasında, təhlükəsizliyimizə tam qarant duran məhz elə polislərimizdir. Əldə etdiyimiz məlumatlara istinadən bildiririk ki, adı hallanan rəis müavini bir neçə cinayətin üstünü açmış, narkotiklərin qanunsuz dövrüyəsinin qarşısını almağa nail olmuşdur. Nəcə ola bilər ki, dövlət məmuru muxalif mövqedən çıxış edən tv-nin məlumatını paylaşım edir? Görünür, yuxarıda qeyd etdiyimiz “5-ci kalonun” əməkdaşları çəkinmədən xarici quvvələrin maraqlarına xidmət edir.

Təbii ki, dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir. Buna qətiyyən şübhə ola bilməz. Dövlətimiz əlehinə kampaniya aparan istər daxili, istərsə də xarici quvvələr dərk etməlidir ki, atdıqları hər bir addımın məsüliyyəti onların üzərindədir. Bir daha nəzərinizə çatdıraq ki, Cəlilabad Dövlət Aqrar Inkişaf Mərkəzi (DAIM) direktoru Rahib Kərimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun dayısıdır.

DOSYE ORG

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …