Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Kəndli öz məhsulunu harada satsın? – Bazar dərdi

Kəndli öz məhsulunu harada satsın? – Bazar dərdi

“Kəndlilərin bazarlara çıxışı əlçatan olmalıdır”.
Bunu Bakupost.az -a Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib.
O, mövsümi yarmarkaların təşkilinin vacib olduğunu vurğulayıb:

“Həm cəmiyyət, həm də dövlət dəstəyi ilə kəndli öz məhsulunu əməyinin müqabilində dəyərləndirə bilər. Kəndlilərin bazarlara çıxışı əlçatan olmalıdır. Mövsümi yarmarkaların təşkilinə şəraitin yaradılması çox vacibdir. Rayon mərkəzində, hər hansı alqı-satqı yerində, nəqliyyat vasitələrinin intensiv hərəkət edə biləcəyi yerlərdə mövsümi yarmarka və ya bazarlar təşkil oluna bilər ki, kəndli öz məhsulunu orada rahat sata bilsin. Bakı şəhərində də belə yarmarakalar zaman-zaman olur. “Kənddən şəhərə” layihəsi də var. Sadəcə olaraq bu, yerlərdə də olsa, daha yaxşı olar. Yay mövsümündə bunların təşkili daha rahatdır, çox xərc çəkmədən müəyyən meydançalarda təşkil oluna bilər. Hər kəs öz məhsulunu bazara çıxarar, qiyməti də bazar özü tənzimləyər”.

Millət vəkili qeyd edib ki, kəndlilərin öz məhsullarını satması üçün şərait yaradılmalıdır:

“Kəndli kənd təsərrüfatı məhsullarını yetişdirirsə, öz əməyinin müqabilində haqqını almaq istəyir. Yəni məhsulun mayasından aşağı qiymətə kəndlidən alınmasını doğru hesab etmirəm. Ona görə də hər kəs öz əməyinə və məhsullarına dəyər verməlidir. Məhsul hər hansı bir bazara müəyyənləşmiş qiymətlə getsə də, həmin məhsul yerində daha ucuz qiymətə alınır. Bunun hüquqi tənzimlənmə tərəfini də fikirləşmək olar. Lakin hərənin öz məhsulunu qiymətləndirməsi daha məqsədəuyğundur”.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …