Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Kənd sakinləri susuz qalıb: Səslərinə səs verən isə yoxdur – VİDEO

Kənd sakinləri susuz qalıb: Səslərinə səs verən isə yoxdur – VİDEO

Qubanın İsnovqışlar kəndinin sakinləri içməli su problemi yaşayırlar.

Sakinlər bildirir ki, artıq aylardır kəndlərindəki artezian quyusu quruyub. Nəticədə bu isti yay günlərində içməli suya həsrət qalıblar.

Kənd sakini Rüfət Həsənov deyib ki, içməli suyu pul verib maşınlarla alırlar, bu isə onlara sərf etmir.

Rayon mərkəzindən təxmini 20 kilometr uzaqlıqda yerləşən və 500 sakini olan kəndin sakinləri aidiyatı qurumlara müraciət etsələr də, nə dərdlərinə çarə tapan var, nə də suallarına cavab verən.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …