Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Kənan Quluzadə: “Ən çox turisti Şuşa qəbul edəcək”

Kənan Quluzadə: “Ən çox turisti Şuşa qəbul edəcək”

Azərbaycanın turizm potensialı hər zaman turistləri cəlb edib. Pandemiyadan əvvəl ölkəmizə səfər edən əcnəbilərin sayında ciddi artım müşahidə olunurdu. İşğaldan azad edilən ərazilərdə görülən işlər onu göstərir ki, Qarabağımız da ən qısa zamanda qonaqlara qucaq açmağa hazırdır. 

Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Demokrat.az-a bildirib ki, bu il mədəniyyət paytaxtımız Şuşa xeyli sayda turist qəbul edəcək: 

“İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı üçün səbəblər çoxdur. Bu ərazilərdə artıq təhlükəsizlik təmin edilir, yəni minaların təmizlənməsi davam edir. İnfrastruktur sürətlə qurulur. Buna həm hava limanları, həm hotellərin tikintisi aiddir. Şuşada artıq iki, Ağdamda bir hotelin təməli qoyulub. Şuşa Azərbaycanın və ümumilikdə, Qafqazın mirvarisidir, elə bu səbəbdən, ən çox turisti Şuşa qəbul edəcək. Bu il Şuşa ilidir və bu il çərçivəsində keçirilən tədbirlər turizmin visit kartları olacaq”.

Kənan Quluzadə əlavə etdi ki, Şuşa ilə yanaşı Ağdam, Kəlbəcər, Suqovuşan və digər ərazilərdə də turizm komplekslərinin tikintisi nəzərdə tutulub:

“Faktiki olaraq, fantastik istiqamət Kəlbəcər istiqamətidir. ki bəlkə də Azərbaycanın ən turizm potensialı Kəlbəcərdə cəmləşib. Bundan əlavə Tuğ, Hadrut, Şahbulaq istiqamətində, Ağdamda kompleks tədbirlərin keçirilməsi nəzərdə tutulur. Suqovuşanda yeni turizm kompleksi yaradılıb.

Bu gün Qarabağda turizm marşrutları, məhsullar və turizm infrastrukturu yaradılır. Xaricdə keçirilən tanıtım tədbirlərində və turizm sərgilərində əcnəbilərin bu ərazilərə olan marağını görmək mümkündür. 

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …