Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / İmişlidə ər arvadını dəmir boru ilə döydü — Təfərrüat

İmişlidə ər arvadını dəmir boru ilə döydü — Təfərrüat

İmişli rayonunda 1972-ci il təvəllüdlü Camal ailə münaqişəsi zəminində arvadı Laləni döyüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 25-də baş verib. Camal həmin gün saat 18.00-da yaşadıqları evin həyətində ailə-məişət zəmnində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Lalənin baş və bədən nahiyəsinə qəsdən bir neçə dəfə dəmir parçası və yumruq ilə vurub. 

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Bu cinayət işi İmişli rayon Məhkəməsində araşdırılıb.

İstintaq orqanını gəldiyi nəticəyə görə, ər-arvadın 4 uşaqları var. 

Məhkəmə istintaqı zamanı Lalə hakimə ərizə təqdim edib və əri ilə barışdığını, ona cəza verilməməsini xahiş edib. Hakim də hökm çıxaran zaman ər-arvadın barışmasını nəzərə alıb və cinayət təqibinə xitam verib. Camal cinayət məsuliyyətindən azad edilib. 

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …