Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / İkinci Qarabağ müharibəsində Lerik rayonu 60-dan çox şəhid verib

İkinci Qarabağ müharibəsində Lerik rayonu 60-dan çox şəhid verib

Lerik rayonunun vətənpərvər oğulları 1-ci və 2-ci Qarabağ savaşlarında fədakarlıqla döyüşmüşlər. Leriklilər 213 şəhid oğlunun xatirəsini həmişə əziz tutur. Məhz bu ehtiramın təzahürüdür ki, bu günlərdə tanınmış lerikli yazar Xalid Mahmud Lerik şəhidlərindən bəhs edən 444 səhifəlik”Əbədiyyət yolçuları”kitabı ilə oxucuların görüşünə gəlib

Xatırladaq ki,Xalid MAHMUD(Xalid Qədiməli oğlu Ağayev) 22 dekabr 1982-ci ildə Lerik rayonunun Şivlə kəndində ziyalı ailəsində anadan olub. Atası Qədiməli Əhməd respublikanın tanınmış qələm adamlarından biridir. Bir çox nəzm, nəsr, elmi və publisistik əsərlərin müəllifidir.

Xalid Mahmud hələ orta məktəbdə oxuduğu illərdə poeziyaya böyük maraq göstərmiş və ilk şeirlərini də elə bu illərdə qələmə almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, milli ordudan tərxis edildikdən sonra bir müddət ayrı-ayrı qəzet və jurnallarla əməkdaşlıq etmişdir. İlk şeirləri”Lerik”, “Bizim era”, “Azərbaycan gəncliyi”, “Ədəbiyyat naminə”qəzetlərində,”Məşəl”jurnalında çap olunmuşdur. 2006-cı ildə yüksək balla Azərbaycan Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində ictimai fəallığı ilə seçilmiş, onun təşəbbüsü ilə universitetdə təşkil edilmiş poeziya məclisinin aparıcı üzvlərindən olmuşdur. İlk şeirlər kitabı olan”Həsrət qoxulu sevgi” 2007-ci ildə “Açıq dünya” nəşriyyatıtərəfindən 500 tirajla nəşr edilmişdir. Elə həmin ildə”Qar yağır”şeirinə görə”Qarabağ harayı”fəxri fərmanı ilə təltif edilmişdir. Sonralar”Azərbaycan”, “Ulduz”, “Mars”, “Sənət”, “Kaspi” və digər qəzet və jurnallarda əsərləri çap olunmuşdur.”Həsrət qoxulu sevgi”(2007),”Bu mənim dünyamdı”(2008),”Ovcumda açılan sabah”( 2009),”Yalnızlığın rəsmi”(2014)şeirlər və poemalar,”Sözün Əli Kərim zirvəsi”(Elmi),(2011),”Mənalı yaşanan ömür”, (Xatirə povest), (2015),”Əbədiyyət yolçuları”,(Qısa ensklopedik toplu), (2016),”Hər ömürdən sətirlər”, II cild.(2020)adlı kitabların müəllifidir.Şeirləri ingilis və rus dillərinə tərcümə olunub.

Xalid Mahmud İctimai fəallığına və bədii yaradıcılığına görə gənc yazarlar arasında 2010-2011-ci illərin”Prezident təqaüdçüsü”olmuşdur. 2018-ci ildə Azərbaycan Xalq şairi Məmməd Arazın 85 illik yubleyi münasibəti iləlll”Məmməd Araz Poeziya Günü”çərçivəsində keçirilən şeir müsabiqəsinin qalibi olmuş, 1-ci dərəcəli diplomla təltif edilmişdir. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

***

Xalid Mahmudun bu yaxınlarda Lerik şəhidlərindən bəhs edən”Əbədiyyət yolçuları”kitabının yenidən işlənmiş və təkmilləşdirilmiş variantı çapdan çıxıb. 444 səhifə 330 tiraj olan kitab Lerik rayonunun Çayrud kəndində doğulan I QarabağMüharibəsinin Rembo ləqəbliəfsanəvi qəhrəmanı ElxanƏlibəylinin həyat yoldaşı,hazırda Nederland krallığında yaşayan VəsiləƏfladdun qızı Almasovanın maddi dəstəyi ilə işıq üzü görüb. Kitabda biri 20 Yanvar, biri Xocalı şəhidi olmaqla bərabər 213 lerikli şəhidin qısa tərcümeyi-halı, keçdiyi döyüş yolu öz əksini tapmışdır.

Birinci Qarabağ savaşı şəhidləri arasındaMüslümov Valeh Əlizaid oğlu,Şahbazov Fəxrəddin İbrahim oğlu,Abdulayev Rövşən Əbdülhüseyn oğlu,Ağayev Fərhad İslam oğlu,Əliyev Əsgər Ələkbər oğluAzərbaycanRespublikası Prezidentinin fərmanı ilə“Azərbaycanın Milli Qəhrəmanı”adına laiq görülmüşlər.XaqaniXanıbəy oğluRüstəmovölümündən sonra“Azərbaycan Bayrağı”ordeni,Pələngov Bünyadəli Qulam oğluölümündən sonra“İgidliyə görə qızıl medal”ı ilə təltif olunublar.Cəbrayıl Atamalı oğlu AğayevəisəAzərbaycanın Milli Qəhrəmanıadı verilməsiüçün hərbi hissə komandiri tərəfindən təqdimat yazılsa da, məlum olmayan səbəblərə görə bu məsələnin icrası həllini tapmamışdır.

2015-2016-cı illərdə Tovuz və Aprel döyüşlərində də Lerik rayonu üç şəhid vermişdir. Həmin döyüşlərdə şəhid olanRuslanQalib oğlu Ağayev,VüsalƏmir oğluƏliyev vəNatiqNamiq oğlu TahirliAzərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamıilə“Hərbi xidmətdə fərqlənməyə görə”III dərəcəli medalıilə təltif edilmişlər.İkinci Qarabağ savaşına kimi Lerik rayonu ümumilikdə 150-dən çox şəhid vermişdir.

27 sentyabr 2020-ci ildə başlanan, 44 gündən sonra qələbə ilə başa çatanİkinci Qarabağ savaşında daLerikin minlərlə sakini döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərib vətənə sədaqətlərini bir daha nümayiş etdirdilər.Bu döyüşlərdə Lerik rayonu 60-dan çox şəhid verdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci ildəimzaladığısərəncamaəsasən Füzuli cəbhəsindətank komandiri olan mayorAmid Rəbbil oğluHeydərovaölümündən sonra“Vətən Müharibəsi Qəhrəmanıadı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə döyüşlərdə qəhrəmancasına şəhid olmuşPolkovnik-leytenantMehman Mirəziz oğluŞirvanov“Qarabağ”ordeni, baş-leytenantƏliqismət Mükafat oğlu Yaqublu“Azərbaycan Bayrağı”ordeni, leytenantMurtuz Çingiz oğlu Abbasov“Azərbaycan Bayrağı”ordeni,Xüsüsi TəyinatlıQüvvələrin giziriTarzən Qəhrəman oğlu Həşimov“Cəsur döyüşçü”medalı,Xüsüsi TəyinatlıQüvvələrin giziriVasif Gülhəsən oğlu Mehbalıyev“Azərbaycan Bayrağı”ordeni,Xüsüsi TəyinatlıQüvvələrin giziriBabək Süleyman oğlu Mahmudov “Zəfər”ordeni, Dövlət Sərhədd Xidmətinin kiçik giziriTəbriz Məhərrəməli oğlu Talıbov“Vətənəxidmətəgörəordeni,Hərbi Dəniz Qüvvələrininmiçmanı Elvin Ramiz oğlu Səfərov“Qarabağ”ordeni,Xüsüsi TəyinatlıQüvvələrin əsgəriFirdovsi Balaxan oğlu Tahirov”Cəsur döyüşçü”medalı,əsgərRəşad İlham oğlu Mikayılzadə“Döyüşdəfərqlənməyəgörə”medalı,əsgərİmaməliElman oğlu İbrahimov3-cü dərəcəli“Vətənəxidmətəgörəordeni və bir sıra medallarla təltif edilmişlər.

Döyüşdə iştirak edərək qəhrəmancasına şəhid olan digər şəhidlər dəAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müxtəlif adda medallara laiq görülüblər.

Müəllifin verdiyi məlumata görə kitabİkinci Qarabağ savaşışəhidlərinin ailələri üçün pulsuz nəzərdə tutulub. Kitabdan əldə olunan gəlirlə kitabın yenidən nəşi nəzərdə tutulur. Məqsəd şəhidləri daha geniş oxucu auditoriyasına tanıtmaqdır.

Hazırda birinci və ikinci Qarabağ savaşında döyüşərək qəhrəmanlıqlar göstərən qazilər haqqında kitabın çapı üşün hazırlıq işləri gedir.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …