Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞLARI DÖYDÜ – VİDEO

İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞLARI DÖYDÜ – VİDEO

 

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun şəhərin mərkəzində vətəndaşları döydüyünü əks etdirən video yayılıb. Missiya.Az-ın əldə etdiyi görüntülərdə M.Zaynalovun hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Gəncə şəhər sakinlərinə bədən xəsarətləri yetirdiyi aydın görünür. M.Zeynalov eyni vaxta iki vətəndaşa hücum çəkir. Birini yerə yıxandan sonra digərinin üstünə gedir.

Qeyd edək ki, M.Zeynalov 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 2015-ci ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı M.Zeynalovun özü ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, o, zənglərimizə cavab vermədi.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …