Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / İcra başçısının bu fotosu müzakirələrə səbəb oldu

İcra başçısının bu fotosu müzakirələrə səbəb oldu

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı marşrutu üzrə kəndlərarası avtomobil yolunda olmuş, görülən işlərin keyfiyyəti ilə maraqlanıb.

Şəhərdə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur və piyada səkiləri olmayan küçələrdə isə yeni piyada səkiləri inşa edilir. Rafiq Cəlilov Cəlilabad şəhəri Heydər Əliyev prospektində yeni salınan piyada səkilərində görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

R.Cəlilovun fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, icra başçısının asfalt örtüyünə diqqətlə baxmasının səbəbi örtüyün qalınlığına görədir. 

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …