Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / İcra başçısı şəhid statusu barədə arayış verməkdən niyə imtina edib?

İcra başçısı şəhid statusu barədə arayış verməkdən niyə imtina edib?

Kəlbəcər rayonunun icra başçısı Azər Qocayev ermənilərin atdığı kasetli bomba partlaması nəticəsində şəhid olan Kəlbəcər sakini İsmayıl Mikayılova şəhid statusu barədə arayış verməkdən imtina edib.

Bu barədə vəkil Əziz Qənbərli məlumat verib.

Vəkil bildirib ki, digər rayonlarda mülki şəhidlərə şəhid statusu verilsə də, təkcə Kəlbəcər rayonunun icra başçısı Azər Qocayev bu məsələdə əngəllər törədir: “Bunlar şəhid ailələri ilə şəkil çəkdirməkdən başqa savadları çatıb ayrı xidmət göstərə bilmirlər. Yaxşı ki, az da olsa, məhkəmələrimizdə ədalətli hakimlər var. Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynov İsmayıl Mikayılova şəhid statusu verilməsi haqqında qərar verdi”.

Kəlbəcər rayon icra başçısının mövqeyini öyrənmək üçün Pravda.az Kəlbəcər RİH-ə sorğu ünvanlayıb.

Sorğumuz barədə açıqlama veriləcəyi bildirilsə də, bir gün keçməsinə baxmayaraq, Kəlbəcər RİH-dən heç bir cavab gəlməyib.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …