Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / İcra başçısı nar festifalında vətəndaşlardan qanunsuz yer pulu yığılıb- VİDEO

İcra başçısı nar festifalında vətəndaşlardan qanunsuz yer pulu yığılıb- VİDEO

 

İcra başçısı nar festifalında vətəndaşlardan qanunsuz yer pulu yığılıbBir neçə gün öncəki yazımızda Göyçayda keçirilən “Nar bayramı” zamanı baş verənlər haqqında məlumat vermişdik

Xəbəral.az xəbər verir ki, rayon icra başçısı Mehdi Səlimzadənin sürücüsü və digər adamları tərəfindən bayram günü nar sərgisində satış üçün çıxarılan nar meyvəsi və şirələri üçün hər bir vətəndaşdan bir metr yerə görə 100 -200 manat civarında pul yığıblar. Bu isə meyvələrini satışa çıxaran vətəndaşların narazılığına səbəb olmuşdur. Alıcı qıtlığı ucbatından böhran vəziyyətə düşən satıcılar öz etirazlarını icra hakimiyyətinin əməkdaşlarına bildirsələr də onlaradan yığılan məbləği geri ala bilməyiblər. Bu isə yerli sakinlərin qəzəbinə səbəb olub. Narazı satıcılar onlardan yığılan pulların geri qaytarılmadığı halda yaxın günlərdə mütamadi aksiyalar keçirəcəklərini bildirdilər Qeyd edək ki, tədbirə gələn qonaqlarda nar bayramını kolxoz bazarına bənzətməklə öz narazılıqlarını bildirdilər.

Göyçayda müxbirimizə verilən məlumata görə, tapşırığı birbaşa başçının sürücüsü Pərviz adlı şəxsin əli ilə yığıb. Başçı tərəfindən verilən əmrin icrası zamanı vətəndaşlara bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin işçiləri üçün pul yığılır ki, onlar gedib Göyçay və Nar bayramı haqqında yaxşı yazılar yazıb, danışsınlar. Keçən yazımızda bayramda baş verən utancverici hadisələri geniş şəkildə qeyd etmişdik. Hətta başçı Mehdi Səlimzadənin dəvət etdiyi bir çox icra başçıları və dövlət işçiləri festivala qatılmamışdılar. Vətəndaşların XəbərAl.az-a verdiyi məlumata görə, onlar bütün baş verən bu qanunsuzluqlarla Cənab Prezidentə etmək üçün hazırlaşırlar. Hətta Əbülfəs Qarayevin qəbuluna düşmək üçün çalışırlar ki, cənab nazirə onların adıyla pul yığımı barəsində məlumat versinlər. Özünü “Kral” adlandıran başçının sürücüsü rayonda “at oynadır” , bir tikə çörəkpulu üçün gecələrini gündüzünə qatan insanların gününü qara edir.

Saytın apardığı araşdırmalardan belə məlum olur ki, Mehdi Səlimzadənin “vergi” yığanları Göyçayda fəaliyyət göstərən 15 ədədə yaxın olan şadlıq evlərinin hər birindən 10 min manat, 25 ədədə yaxın yeşik sexlərinin hər birndən 500 manat ərzaq-iaşə ticarət obyektlərindən 200 manat civarında pul yığırlar. Vəziyyət o həddə çatıb ki, bayram günü rayona gələn qonaqlar üçün nahar və axşam süfrələri üçün bütün xərclər şadlıq evlərinin müdirlərinin həvalə edilib. XəbərAl.az bildirir ki, Mehdi Səlimzadə nəinki bayram tədbirlərini, hətta Xocalı soyqırımının ildönümü mərasiminədə vətəndaşlardan pul yığmaqla qaçqınlara tədbir keçirmişdir. Bu isə onu göstərir, Mehdi Səlimzadə üçün pul sevgisi vətən və dövlət maraqlarından üstündür. Ona görə də rayon sakinləri bu il keçiriləcək nar bayramını Xar bayramı kimi sayır.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …