Göygöldə məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkün düşmüş bir
qrup sakin icra hakimiyyətindən və Qaçqınların və Məcburi Köçkünlərin
İşləri Üzrə Dövlət Komitəsindən şikayətçi düşüb.
İxa.az bildirir ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş sakinlər saytın elektron ünvanına müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Ic
xeber” saytınin redaksiyasina Kəlbəcər rayonundan məcburi köçkün düsmüs
hal -hazirda Goygol rayonunda müvəqqəti qeydiyyatda yasayan bir qurup
sakin tərəfindən müraciətə
Bildiririk ki. biz aşağıda adlarə cekilən səxslər 20 yə yaxin ailə üzüvləri. 1993 cü ildən Goygol rayonunda muvəqqəti yasayiriq.
Həmin
vaxdan indiyə qədər kirədə yasayiriq. Bir neşə il bundan qabaq tikilib
təhfil verilən mənzillərdən ev novbəsinə yazilmışdiq. Lakin, məmurlar
müəyyən bəhanələr gətirərək bizə ev vermədi. Sonradan 140 mənzillik
binanin tiklisinə başladilar.
İcra
hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət
Komitəsinin rayon şöbəsi yenə müraciət etdik. Bildirdilər ki, sizi evlə
təmin edəcəyik. Yenə menzillər paylanmağa başlandı. Bu dəfədə bizi
aldadan məmurlar bizləri evsiz qoydu.
Bildirdilər
ki, növbəti mənzil tikintisində mnzillərlə təmin ediləcəksiniz.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin
rayonumuz üzrə səlahətli nümayəndəsi Fuad Haciyevin ozbaşınalğı və
rüşvətxorluğu, Kəlbəcər rayonundan məcburi köçkün düsmüs sakinləri
bezdirib.
Bizim
mənzilləri cəncələ salan bu şəxs, bu ərazidə yasamayan qeydiyyatı
olmayan Mingəcevir, Goranboy ve Rusiya Ferdarasiyasında yasayan Kəlbəcər
rayon sakinlərə Goygol rayonunda tikilən binalardan külli-miqadarda
rüşvət almaqla mənzillə təmin edib.
Rüşvətə
öyrəşən Fuad Haciyev dəfələrlə bizə bildirib ki sebrli olun müəyyən
miqdarda pul verməklə Bakidan gəlen Qaçqınkom nümayəndəsinə hörmət
etməklə sizin müşkülə düşmüş mənzillərinizi həll edə bilərəm.
.
Bi bu barədə dəfələrlə Goygol rayon icra hakimiyyətin bascisi Arif
Seyidovun qəbulunda oda bizi rədd edərək bildirmişdir ki, gedin
Qaçkınkomdan evinizi tələb edin mən sizə ev verən deyiləm.
Biz
Göygölə məskunlaşan, Kəlbəcər rayonundan məcburi köşkün düsmüs sakinlər
bildiririk ki, bizim şikayətimizə baxılmasa, tələblərimiz yerinə
yetməsə PA-nın qarşısına yürüş edəcəyik. əgər ordada bizi dinləyib
problemimizi həllinə mane olanlar olarsa.özümüzə od vurub yandıracağıq.
Fuad Hacıyev kimi rüşvətxorlar cəzasına çatmalıdır. Bizim mənzillər
sakinlərimizə verilməlidir. Biz bunu tələb edirik.
Kəlbəcər
rayonundan məcburi köşkün düsmüs sakinləri – Məzahir Eləsgərov Məhəmməd
oglu, Misirov Saday Yahya oglu, Eləsgərov Məhəmmed Məzahir oglu,
Misirov Tural Saday oglu, Eləsgərova Tacirə Məzahir qizi, Orucov Fikrət
Fərrux oglu,Qasimov gunduz Əkbər oglu, Orucov Zahir Fərux oglu.
Prezident Ilham Əliyev və Mehriban xanım Əliyevadan da kömək istəyir.
Həmçinin oxuyun
Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir
Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …