Ana səhifə / Bölgələr / Göyçayın icra başçısından Prezidentə daha bir şikayət: “Qazilərə və şəhid ailələrinə diqqət ayırmır”

Göyçayın icra başçısından Prezidentə daha bir şikayət: “Qazilərə və şəhid ailələrinə diqqət ayırmır”

Son vaxtlar Göyçay Rayon İcra Hakimiyyətinin, Göyçay Rayon Polis Şöbəsinin fəaliyyətli ilə bağlı redaksiyamıza şikayət məktubları daxil olmaqdadır. Ayrı-ayrı vətəndaşlar həmin məktublarda Göyçaydakı məmurların yerli sakinlərlə kobud rəftarı, Qarabağ qazilərinə və onların ailələrinə, şəhid ailələrinə diqqətsizliyi, hətta polisin qanunsuz fəaliyyəti barədə müxtəlif iddialar irəli sürülür.

Yenisabah.az xəbər verir ki, redaksiyamıza növbəti şikayət məktubu Göyçay rayon Kürdəmiş kənd sakini, İkinci Qarabağ Müharibəsi qazisi Hilal Əlmirzə oğlu Nəzərov tərəfindən göndərilib. Vətən Müharibəsi iştirakçısı əvvəlcə özü haqqında ətraflı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin davamlı təxribatından sonra könüllü olaraq Azərbaycan Ordusu sıralarında xidmət etmək üçün müraciət edib və sentyabrın 21-dən xidmət etməyə başlayıb:

“Yazaraq Sizə bildirmək istəyirəm ki,mən Göyçay rayon Kürdəmiş kənd sakini 1994-ci il təvəllüdlü Nəzərov Hilal Əlmirzə oğlu könüllü olaraq Vətən Müharibəsinə yola düşdüm. Öncə Gəncə şəhərində yerləşən “N” saylı hərbi-hissəyə, ardınca Goranboya, daha sonra Tərtərə getdik. Təxminən bir həftə sonra tankçı olaraq Ağdamda gedən döyüşlərə qatıldım. 23 Oktyabr tarixdə qızğın döyüşlər anında tankda ikən düşmənin hədəfinə tuş gəldim. İdarə etdiyim tankı vurdular. Mərmidən qopan qəlpə boğazıma və bədənimin digər yerlərinə dəydi. Orada ilkin tibbi yardımdan sonra məni Ağdamda yerləşən Saracallı hərbi hospitalına apardılar. Həmin gün boğazımdan təcili əməliyyat olundum. Sonra isə Bakı şəhərində yerləşən hərbi hospitala göndərildim. 40 gün orada müalicə olunduqdan sonra 1 ay müddətinə məzuniyyətə göndərildim”.

Hazırda yaşadığı Göyçay rayon Kürdəmiş kəndində ev şəraitində müalicə olunduğunu diqqətə çatdıran Qaeabağ qazisi vurğulayıb ki, icra başçısı yardım adı altında qazinin ailəsinə 100 manat pul və 7 manat qiyməti olan üzqırxan verib:

“Danışmağa çətinlik çəkirəm. Çünki qəlpə boğazıma dəyib. Dərmanlarımı almağa, müalicə olunmağ maddi imkanım yoxdur. Bununla bağlı Göyçay Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciətlər etdikdən sonra icra başçısı Mehdi Səlimzadə mənə 100 manat pul və 7 manat qiyməti olan üzqırxan verib. Mən icra başçısından xahiş etmişdim ki, müalicəm və dərmanlarım üçün mənə köməklik göstərəsin. “Arxayın ol, yardım edəcəyik” – deməsinə baxmayaraq, hələ də heç bir yardımdan söz gedə bilməz. Bildirmək istəyirəm ki, ailəliyəm və bir övladım var. Azyaşlı qızım mən Vətən Müharibəsinə getməmişdən öncə də ağır yanıq xəsarəti almışdı. Həm onun həm də özümün müalicəmiz üçün maddi imkanım yoxdur. Hazırda maddi durumumuz çox aşağıdır. Yaşadığım ev qəzalı vəziyyətdədir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə televiziya kanallarında özünü yalandan təriflətdirməklə məşğuldur. Heç bir qaziyə və şəhid ailəsinə diqqət ayırmır. Baxmayaraq ki, onun milyonları var. Hörmətli Prezident, Cənab Ali Baş Komandan İlham Əliyev! Ümidim Sizədir! Sizdən xahiş edirəm ki, müalicəmin davam etdirilməsi üçün mənə maddi yardım edilməsinə tapşırıq verəsiniz”.

https://bax.tv/embed/121110.html
Göyçayın icra başçısından Prezidentə daha bir şikayət:  “Qazilərə və şəhid ailələrinə diqqət ayırmır” - Fotolar + Video
Göyçayın icra başçısından Prezidentə daha bir şikayət:  “Qazilərə və şəhid ailələrinə diqqət ayırmır” - Fotolar + Video
Göyçayın icra başçısından Prezidentə daha bir şikayət:  “Qazilərə və şəhid ailələrinə diqqət ayırmır” - Fotolar + Video
Göyçayın icra başçısından Prezidentə daha bir şikayət:  “Qazilərə və şəhid ailələrinə diqqət ayırmır” - Fotolar + Video

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …