Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Goranboyun 100 yaşlı məktəbinin bugünkü vəziyyəti… – Fotolar

Goranboyun 100 yaşlı məktəbinin bugünkü vəziyyəti… – Fotolar

Goranboy rayonunun Boluslu kəndində yerləşən məktəb binasının 3 korpusu var. Biri 100 il bundan öncə (hazırda istifadə müddətini başa vurub), digəri 60 (3 il bundan əvvəl məktəbdə qəza baş verdiyindən Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın qapısına möhür vurulub), üçüncüsü isə 2004 cü ildə istifadəyə verilib. Korpusların heç birinin vəziyyəti ürək açan deyil.
Kənd sakinləri övladlarının tam şəraitli məktəblərdə təhsil almalarını istəyirlər.
Sakin Məmməd Əliyev deyib ki, kəndin müəllimləri növbə ilə dərs deyirlər. Şagirdlər səhər saat 9-da məktəbə gəlib, axşam saat 8-də isə evlərinə qayıdırlar. Kənddə sahibsiz itlərin çoxluğu şagirdlər axşam vaxtı evə qayıdarkən onlara problem yaşadır. Məktəbdə istilik sistemində də boşluqlar var, belə ki, odun olmayanda siniflər çox soyuq olur. Məktəbdə sinif otaqları çatmadığından müəllimlər dərs planlamasını da məhz dəhlizdə aparırlar.
Məktəbin vəziyyəti ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun baş məsləhətçisi Kifayət Rzayeva bildirib ki, şərait, demək olar ki, yaxşı deyil, amma növbəti tədris ili üçün Boluslu kənd tam orta məktəbinə yeni tədris binasının tikilməsi qərara alınıb. Aidiyyəti qurumların bu barədə məlumatı var və yəqin ki, növbəti tədris ilində şagirdlər yeni məktəb binasında təhsillərini davam etdirəcəklər.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …