Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / Goranboylular: “Nə külək var, nə də qar, amma işıqları söndürüblər”

Goranboylular: “Nə külək var, nə də qar, amma işıqları söndürüblər”

Goranboyun 1500-dən artıq sakini olan Boluslu kəndi gecədən işıqsız qalıb.
İşıqsız qalan kənd sakinlərinin sözlərinə görə, rayonda nə külək var, nə də qar. Heç bir səbəb olmadan işıqların söndürülməsi kənd sakinlərinin haqlı narazılığına səbəb olub. Kənd sakini Rahim İbrahimov deyir ki, Goranboyun Boluslu kəndində saatlardır işqları söndürüblər:
“Ucqar dağ kəndlərində işıq var, qədim İpək yolunun kənarında yerləşən Boluslu gecədən işıqsız qalıb. Hörmətli Azərişıq ASC-nin sədri Vüqar Əhmədov, sizdən xahiş edirik, 1500-dən artıq sakini olan Boluslu, ona qonşu olan Məşədiqaralar, Eyvazalılar kəndlərinə elektrik enerjisinin verlişində yaranmış uzun müddətli problemin həlli üçün göstəriş verəsiniz. Bizi qaranlıqdan,aydınlığa çıxmaq istəyirik”.
Sakinlər onu da bildirir ki, Qızılhacılı və Goran qəsəbələri, Yeni yol, Məşədiqaralar, Eyvazlılar, Boluslu və Xanqərvənd kəndlərində küləyin mənfi təsiri altında işıqlar tez-tez sönür, internet kəsilib, məişətdə işlədilən elektirik avadanlıqları açılmalar səbəbindən sıradan çıxıb.

Həmçinin oxuyun

İcra başçısı üçün 57 minə xidməti avtomobil – Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb.  Qaynarinfo xəbər verir …