Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / Goranboyda şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub

Goranboyda şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı “icaze.e-gov.az” portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …