Ana səhifə / Bölgələr / Goranboyda icra nümayəndəsi kənd sakinini döydü

Goranboyda icra nümayəndəsi kənd sakinini döydü

Goranboyda döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Həmənli kəndində qeydə alınıb. 

Kənd sakini 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. Xəstə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildilib ki, 50 yaşlı kişinin vəziyyəti kafidir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstüdə aralarında yaranan mübahisə zamanı döyülüb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …