Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Gəncədə də tarixi bina baxımsızlıqdan uçub-dağılır

Gəncədə də tarixi bina baxımsızlıqdan uçub-dağılır

Gəncə şəhərində qədim tarixə malik arxitekturalı yaşayış binası dağıdılır. Artıq qədim tikilinin bir hissəsi uçurulub, digər hissəsi və zirzəmi qalır.

Bu barədə oxuculardan biri virtualaz.org-un redaksiyasını məlumatlandırıb. Yarıuçmuş tikilinin fotosunu da redaksiyamıza göndərən oxucu  onun hansı ünvanda yerləşdiyini bilməsə də, Gəncə tarixinin ayrılmaz hissəsi olduğunu qeyd edir: “Xahiş edirik, bu problemi işıqlandırasınız. Yoxsa tezliklə Gəncə mədəniyyətinin bir hissəsi olan bu arxitekturalı binadan əsər-əlamət qalmayacaq”, – müraciətdə qeyd olunur.

Binanın tarixi əhəmiyyəti və niyə uçurulması ilə bağlı məlumat almaq üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Məlum oldu ki, söhbət Gəncənin Cavadxan küçəsi, 79 ünvanında yerləşən qədim tikilidən gedir.

Bu 1910-cu ildə inşa edilmiş uzunluğu 16.7 metr, eni 15.14 metr olan kürsülü, zirzəmili yaşayış binasıdır. İcra hakimiyyətindən verilən məlumata görə, ümumi həyət evi olan binadakı 4 mənzil sahibləri tərəfindən özəlləşdirilib. Lakin bina 2008-ci ildən bəri təmirsizlikdən uçub-dağılır.

“2008-ci ilin avqust ayında binanın Qara Qarayev (keçmiş Aydın Nağıyev) küçəsinə tərəf olan yan divarının bir hissəsi tamamilə uçub. Uçmuş binaya FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, DBLİ-ninAzərdövlətlayihə İnstitutunun Gəncə Filialının və Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən birgə baxış keçirilərək akt tərtib olunub. Akta əsasən, binanın qəzalı vəziyyətə düşməsinə səbəb onun mənzil sahibləri tərəfindən uzun müddət təmirsiz istismarı, yükdaşıyan divarlarda təhlükəli yüklərin yaranması, divarların layları arasında və divar birləşmələrində əlaqələrin olmaması, heç bir antiseysmik tədbirin nəzərdə tutulmaması və nəhayət binanın fiziki cəhətdən aşınmaya məruz qalması olub”-İcra Hakimiyyəti bildirir.

Məlumatda qeyd olunur ki, binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün həmin ilin avqust ayında binanın 3 və 12 saylı mənzilində yaşayan ailələr təxliyə edilib. Təkrar müraciət əsasında 2014-cü ilin fevral ayında aidiyyati dövlət orqanlarının  birgə iştirakı ilə binaya vizual texniki baxış keçirilib və akt tərtib olunub. 2014-cü ilin sentyabr ayında həmin binanın 4 və 5 saylı mənzillərində yaşayan ailələr də təxliyə olunublar.

“Qeyd edilən binaya 2018-ci ilin mart ayında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun və Şəhər Fövqəladə Hallar Komissiyasının nümayəndələrinin iştirakı ilə təkrar baxış keçirilərək akt tərtib olunub. Binanın zirzəmisi özəldir. Zirzəminin sahibkarı tərəfindən mənzil sahiblərinə evlərin satılması təklif olunsa da, ümumi razılıq əldə edilməyib”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin ölkə və ya yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında qeyd olunan ünvanda abidəyə rast gəlinmir.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …