Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Gəlin maşını qəzaya uğradı – Yaralananlar var

Gəlin maşını qəzaya uğradı – Yaralananlar var

Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəzada Göyçay rayon sakinləri Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızı xəsarət alıb. 

Onlar müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …