Son günlər ölkədə aparılan ciddi kadr islahatlarının şahidiyik.
Görünən budur ki, bu islahatlar fonunda yaşı ötmüş, hazırkı yeniliklərlə
ayaqlaşmayan məmurlar təqaüdə göndərilir, daha perespektivli kadrlarla
əvəzlənir. Bu xüsusda şəhər və rayon icra başçılarının dəyişdirilməsi
prosessi də aparılır ki, artıq onlarla başçının yenilənməsinin
şahidiyik…
Amma
bəzi icra başçıları da var ki, indiki halda onların adını və
fəaliyyətini də yada salmaq lazımdır. Ki, yuxarlar da, aşağılar da,
belələrinin dəyişdirilməsinin vacibliyini hiss eləsin.
Məsələn,
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Prezident
İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamına əsasən sözügedən
rayona icra başçısı təyin olunub. O gün bu gün bu başçı haqqında heç
bir bilgi yoxdur. Nə iş görür, hansı işləri görməyi düşünür bilən
yoxdur.
Elə isə gəlin İbrahim Mustafayevin kim olduğuna, əvəllər hansı vəzifələrdə çalışdığına diqqət çəkək.
Ümumiyyətlə,
yüksək vəzifələrə təyin olunan insanların xidmətləri, iş təcrübələri
əsas götürülür və bu şəxslərin öncəki fəaliyyətinə diqqət edilir. Yəni,
bu səxsi hansısa keyfiyyətlərinə görə icra başçısı təyin etmək olar
sualı tam aydınlaşdırılır. Elə isə İbrahim Mustafayevi niyə icra başçısı
olmalı idi? Onu prezident İlham Əliyevə təqdim edərkən hansı üstünlük
və keyfiyyətləri əsas götürülüb? Onun şəxsi işində nə yazılıb?
Vikipediyada,
hətta icra hakimiyyətinin rəsmi saytında belə İbrahim Mustafayev barədə
bir cümlə var: ” Mustafayev İbrahim Ənvər oğlu Azərbaycan Respublikası
Prezidenti Administrasiyasında çalışıb.
Azərbaycan
Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib”. Şəkili belə
yoxdur….
Sadəcə bu qədər. Gədəbəy uçqar bir dağ rayonudur. Bu rayonda olan problemlər başdan aşır. İbrahim Mustafayev isə… //bizimxeber.az//
Həmçinin oxuyun
Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək
Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …