Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Gədəbəydə korrupsiya qalmaqalı…

Gədəbəydə korrupsiya qalmaqalı…

Gədəbəydə ciddi korrupsiya faktları üzə çıxıb. Gədəbəy şəhər sakini Zaur Məhərrəm oğlu Quliyev ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətində ona qarşı törədilən cinayətin araşdırılmasını istəyir. 

Surətini redaksiyamıza yolladığı şikayətində Zaur Quliyev yazır ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin vəzifəlisi Rüstəm Vaqif oğlu Nağıyev onu aldadaraq dövlətin hesabına tikilən mağazanı pulla satıb: “Rüstəm Nağıyev 2018-ci ilin dekabr ayında etibarımdan istifadə edərək mənə torpaq sahəsi göstərdi. Dedi ki, bu torpaq hərraca çıxarılıb və məndən 16 min manat istəyib aldı. Lakin torpaq sahəsini mənə vermədi. Pulumu da qaytarmadı. 2019-cu ildə mənə qarşı dələduzluq cinayəti ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etdim.  Həmin ilin aprel ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadəm alındı. Müstəntiq məndən soruşdu ki, Rüstəm Nağıyevə niyə etibar edib 16 min manat pul verirdin.

Dedim ki, bundan əvvəl Rüstəm Nağıyev mənə 2 mağaza satıb. Bir mağazaya görə 7 min, digərinə görə isə 10 min manat pul alıb. Müstəntiqə Rüstəm Nağıyevin məndən pul almasını təsdiq edən səs yazılarını da təqdim etdim. Həmin səs yazılarını redaksiyanıza da göndərirəm. Bir müddət sonra iş materiallarını Gədəbəy Rayon Prokurorluğuna göndərdilər. Bu günə qədər Gədəbəy Rayon Prokurorluğunda cinayət işini 4 dəfə qanunsuz olaraq xitam ediblər. Hər dəfə də istintaq dövründə bizim təkidlərimizlə aparılan araşdırmalar yarımçıq dayandırılıb. 2021-ci ildə aparılan araşdırma zamanı mənə bəlli oldu ki, Rüstəm Nağıyevin mənə pulla satdığı mağazalar dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikilib. Mən o mağazaları həyat yoldaşım Bəsti Nəsib qızı Quliyevanın adına almışdım.

Rüstəm Nağıyevin bu hərəkəti üzə çıxandan sonra – mənə qarşı dələduzluq əməlləri sübuta yetirildiyi halda Gədəbəy Rayon Prokurorluğunda bu işi ört-basdır etdilər”.

Zaur Quliyev baş prokuror Kamran Əliyevdən xahiş edir ki, cinayət işi üzrə istintaq Gədəbəy  Rayon Prokurorluğundan alınaraq digər rayonun prokurorluğunda  istintaq edilsin: “Kamran Əliyevdən xahişim budur ki, mənə qarşı dələduzluq, dövlətə qarşı korrupsiya cinayəti onun nəzarəti altında araşdırılsın. Rüstəm Nağıyev Gədəbəy prokuroru ilə yaxın münasibət qurub. Belə olmasaydı, Rüstəm Nağıyevin səs yazısına hüquqi qiymət verməkdən, mənə qarşı cinayətin tam, hərtərəfli araşdırılamasından, mən vətəndaşın, Azərbaycan dövlətinin maraqlarının təmin edilməsindən prokuror yayınmazdı. Rüstəm Nağıyev yalandan deyir ki, guya mənə həmin 2 mağazanı dövlət hədiyyə verib. İddia edir ki, guya məndən 16 min manat almayıb. Bu da yalandır. Lakin Gədəbəy prokuroru nədənsə bu yalanlara inanmağa meyllənir, cinayət faktları ortada ikən araşdırmaqdan yayınır. Ona görə də sizdən xahiş edirəm ki, şikayətimi nəzarətə götürüb istintaq aparılmasına, istintaqın sona çatdırılmasına göstəriş verəsiniz”.

Gədəbəy İcra Hakimiyyətindən sorğumuzu cavablandırmaqdan imtina etdilər.

Bununla belə, qarşı tərəfi də dinləməyə hazırıq. Musavsat.com

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …