Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Evini Şəhidlər muzeyinə çevirən azərbaycanlı – Video

Evini Şəhidlər muzeyinə çevirən azərbaycanlı – Video

Gəncə şəhər sakini Elnarə Tağıyeva öz şəxsi evini Şəhidlər muzeyinə çevirib. 

Baku TV-nin hazırladığı videoreportajda mənzilində müharibə dövründə döyüşən, cəbhədən geri dönməyən, itkin düşən və ya şəhid olan əsgər və zabitlərin yaxınlarından onlara məxsus əşyaları alaraq muzey eksponatı kimi toplayan Gəncə sakinindən bəhs olunub.

Hazırda muzeydə müxtəlif fotolar, əsgər geyimləri, gilizlər, qəlpələr, hərbi ləvazimatlar qorunub-saxlanılır. Belə eksponatların sayı 2900-dən çoxdur.

Bildirilib ki, muzey şəhər sakinlərinin də daim diqqətindədir. Buranı tez-tez tələbələr, şagirdlər, şəhid ailələri, qazilər ziyarət edir.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …