Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Ermənilər tarixi bulağı özünüküləşdirməyə cəhd edib – FOTOLAR

Ermənilər tarixi bulağı özünüküləşdirməyə cəhd edib – FOTOLAR

İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özünüküləşdirilməsinə cəhd edilmişdi.

“Report” xəbər verir ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi.

Bununla yanaşı, əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu.

Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir.

Qeyd edək ki, Mamay bulağı yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Bulaq 1898-1899-cu illərdə yerli tacir Səməd ağa Cavanşirin sifarişi ilə tikilib. Mamay bulağı Qarabağ memarlığının inkişafında yeni mərhələ təşkil edir və Şuşa memarlığına xas olan xüsusiyyətləri özündə əks etdirib. Baş fasad hissəsi düzbucaqlı şəkildə birləşmiş, incə və mürəkkəb quruluşlu sütunlarla bəzədilmişdi. Bulağın divar hissəsi əhəng məhlulundan ibarət yerli daşlardan hörülmüş, dəmir damla örtülmüşdü.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …