Ana səhifə / Bölgələr / Ermənilər Kəlbəcərdə rus hərbçilər qarşısında “Köçəri” rəqsimizi ifa etdi – FOTO

Ermənilər Kəlbəcərdə rus hərbçilər qarşısında “Köçəri” rəqsimizi ifa etdi – FOTO

“Əvvəlcə sülhməramlılar məktəblilərə Rusiya Federasiyasının(!) milli mədəniyyətlərinin müxtəlifliyi və xüsusiyyətləri haqqında danışdılar…”

Bizim başımız qəsbkar Ermənistan mediasının və özümüzün bir sıra hay-küyçü, plagiat, saxtakar və yalançı internet və “You Tube” kanallarının “kreativ” şərhləri ilə sadəcə,  İşıqlı-Qaragöl  istiqamətində  qanuni dövlət sərhədlərimizi bərpa edən Azərbaycan ordusunun guya artıq Zəngəzuru azad etməsi haqda feyk-xəbərlərə qarışdığı bir vaxtda Yuxarı Qarabağ torpaqlarımızdakı Rusiya hərbçiləri öz bildikləri kimi davranaraq özlərini o ərazilərin əsl sahibi kimi göstərməkdə davam edir.

Azərbaycan Respublikasının suverenliyini şübhə altında qoyaraq yenidən Qarabağdakı toponimlərimizin mövcud hüquqi-inzibati ərazi bölgümüzə uyğun deyil, separatçı erməni rejiminin istədiyi kimi adlandırılmasıyla müşayiət olunan növbəti  tədbirlərdən biri Kəlbəcər rayonunun işğal altındakı Həsənriz kəndində keçirilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla verilən məlumatın tərcüməsini diqqətlə oxuyun və özünüz nəticə çıxarın:

“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Dağlıq Qarabağın Mardakert rayonu Aterk kəndinin orta məktəbində “Xalqların sərhədsiz dostluğu” adlı təhsil aksiyası keçiriblər.

İnteraktiv dərs şəklində keçirilən aksiyada 100-dən çox  orta məktəb şagirdi iştirak edib. Əvvəlcə sülhməramlılar məktəblilərə Rusiya Federasiyasının milli mədəniyyətlərinin müxtəlifliyi və xüsusiyyətləri haqqında danışdılar. Məktəbin şagirdləri də öz növbələrində məruzələrini Dağlıq Qarabağ ərazisində yaşayan xalqların milli mədəni dəyərləri məsələlərinə həsr etdilər. Bundan əlavə, uşaqlar və rus sülhməramlıları Yer planetində sülhün qorunması zərurəti barədə fikir mübadiləsi apardılar.

Ən parlaq və yaddaqalan anlar sülh rəmzlərinin bədii təsvirində erməni məktəblilərin və Rusiya hərbi qulluqçularının iştirakı oldu. Uşaqlar və rus zabitləri tərəfindən yaradılan rəngli rəsmlər yaradıcı görüşün əsl yaraşığına çevrildi.

“Şagirdlərimiz onlara qonaqlarımız olacağını söyləyəndə həmişə sevinirlər. Həm müəllimlər, həm də tələbələr – biz həmişə gəlişinizə şadıq. Düzü, siz sülhməramlılar bizim qalxan və qoruyucumuzsunuz. Əgər buradasınızsa, deməli, biz qorunuruq” – deyə təhsil prosesinin rəhbəri Nona Verdyan bildirdi.

Tədbirin sonunda məktəbin rəqs komandası sinif yoldaşları və rus sülhməramlılar üçün milli geyimdə ifa olunan “Köçəri” rəqsini təqdim etdi”.
 

Moderator.az 

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …