Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət
Təhsili Mərkəzində yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş
keçirdi. Görüşdə həmçinin ötən illərdə ən yüksək balla ali məktəblərə
qəbul olunmuş tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi
ilə 2011-ci ildən etibarən keçirilən Sabir Bədii Qiraət Müsabiqəsinin
qalibləri iştirak edib.
Pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayevin aparıcılığı ilə keçən görüşdə Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, siyasi elmlər doktoru,
professor Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor
Asif Hacıyev, 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov,
Ərçiman kənd məktəbinin müəllimi və ali məktəbə qəbul olunmuş məzun
valideyni Famil Məhərrəmov, BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi
Abdullayeva Çimnaz Əlisa qızı, I kurs tələbələri Sadıqova Nərmin Əzizxan
qızı və Abdurahmanov Mahmud Həsən oğlu çıxış ediblər.
Şamaxı rayonunun Ərçiman kənd məktəbi üçün əlavə korpus millət vəkili
Elxan Süleymanovun təşıəbbüsü və dəstəyi ilə 2015-ci ildə inşa
etdirilib. Sevindirici haldır Ərçiman məktəbinin 3 məzunu da bu il
tələbə adına layiq görülənlər arasındadır.
Tədbirdə geniş çıxış edən millət vəkili tələbə adı qazanmış gəncləri
təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Tələbə adı qazanmış
Ərçiman məzunlarından biri üçün ailə vəziyyəti ilə əlaqədar aylıq təqaüd
təsis edilib.
Yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələrlə millət vəkilinin
2011-ci ildən keçirilən görüşləri Şamaxıda xoş bir ənənəyə çevrilib.
Görüşün sonunda bu ilki tələbələrlə yanaşı, son dörd ildə yüksək balla
ali məktəbə daxil olmuş 60-a yaxın tələbə, eləcədə Sabir Bədii qiraət
müsabiqəsinin qaliblərinə hədiyyə və mükafatlar təqdim olunub, xatirə
fotoşəkli çəkdirilib.
Ana səhifə / Bölgələr / Elxan Süleymanov Şamaxıda yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş keçirdi-FOTOLAR
Həmçinin oxuyun
Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)
Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …