Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / “Elə-belə saxladım salamlaşdım” – Qanunu pozan sürücünün “cavabı” – VİDEO

“Elə-belə saxladım salamlaşdım” – Qanunu pozan sürücünün “cavabı” – VİDEO

“Yaddaşım zəifdir”

Tovuzda reyd keçirilib.

ARB 24 xəbər verir ki, polis sürücüləri nizam-intizama cəlb edib.

Mənzil başına tələsirsən, lakin ani bir diqqətsizlik sənin bütün planlarını alt-üst edir. Əlbəttə ki, bu arzuolunan hal deyil. Təəssüf ki, sükan sahiblərinin böyük əksəriyyəti bu cür xoşagəlməz məqamlardan nəticə çıxartmır. Əksinə, bir dəfə qayda pozan təkrar eyni əməli törədir. Hətta elə sürücülər var ki, avtomobildə təhlükəsizlik kəmərinin əhəmiyyətindən belə xəbərsizdir.

Düşdüyü problemdən çıxış yolu tapa bilməyən bu sürücülər söz tapmaqda da çətinlik çəkirlər. Lakin sükan sahibləri unutmamalıdır ki, ani bir diqqətsizlik acı sonluqla nəticələnə bilər. İndi onları nizam-intizama dəvət edən qanun keşikçiləri də bu cür halların baş verməməsi üçün daim yollarda hərəkətə nəzarət edirlər.

Yollarda hərəkət edən daha bir təhlükə isə toy karvanlarında şütüyən avtomobillərdir. Nəzərə alsaq ki, hazırda toy mövsümüdür, deməli, diqqətli olmaqda fayda var. Çünki şənlik evinə tələsən sükan sahibləri istər şəhər daxilində, istərsə də digər magistral yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradırlar. Heç bir sürücü unutmamalıdır ki, qanun hər kəs üçün nəzərdə tutulub və buna görə də hər bir sükan sahibinin borcudur ki, qaydalara riayət etsin.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …