Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Direktor şagirdin çənəsini sındırıb-FOTO

Direktor şagirdin çənəsini sındırıb-FOTO

Beləqan rayonunda ağır bədən xəsarəti ilə nəticələnən cinayət hadisəsinin ört-basdır edilməsi ilə bağlı şikayət daxil olub.
Şikayətçi bildirir ki, övladı Kərimov Kamran Elxan oğlu Beyləqan rayonun İ.Qurbanov adına 2-ci Aşıqlı tam orta məktəbinin 10-cu sinifində oxyur. Ötən ilin dekabr ayında  sözügedən məktəbin dierektoru Əsədov Fazil Əhəd oğlu onun övladını amasızcasına döyərək çənə sümüyünü vurub sındırıb.Ağır bədən xəsarəti almış olan şagird paytaxt xəsətəxanalarının birində əməliyyat etdirilib.
Hazırda şagirdin atası direktorun bu özbaşınalığından şikayətçidir və valideyn mətubat vasitəsi ilə hüqu-mühafizə orqanlarından baş vermiş  bu cinayətlə bağlı hüquqi müstəvidə ölçü  götürülməsini xahiş edir.
Şagirdin atası Elxan Kərimov deyir ki,hadisənin hansı səbəbdən baş verdiyi məlumdur və bu  müəllim bir neçə dəfə belə oxşar hərəkətlərə yol verib.
Valideyinin iddiasına görə,2018-cı ilin dekabr ayında RİHB-nın xeyir-duası ilə Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilən Tahir Həsənovun bu hadisədən xəbəri olsa da nədənsə heç bir tədbir görməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …