Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / Ceyhun Cəfərov üçün vətəndaşın roblemi önəm daşımır… – GİLEY

Ceyhun Cəfərov üçün vətəndaşın roblemi önəm daşımır… – GİLEY

İsbatova Aytəkin Maqsud qızı Kürdəmir rayon Xırdapay kəndində yaşayır. DİA.AZ məlumat verir ki, onun xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşı bir müddət əvvəl dünyasını dəyişib. Hazırda tək yaşayan Kürdəmir sakini ürək xəstəsi olduğundan heç bir yerdə işləyə bilmədiyini deyir. Ona dolanışı üçün qonşularının yardım etdiyini deyir. Aytəkin İsbatovanın şikayəti evinin qəzalı vəziyyətdə olmasıdır. O, problem ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciəti etdiyini bildirsədə, probleminə köməklik göstərilmədiyini deyir.

DİA.AZ-a edilən müraciətə görə, problemi ilə bağlı vətəndaş yerli icra hakimiyyətinə müraciət etsə də, onun şikayətləri nəzərə alınmayıb. Başçının qəbuluna düşməyin müşkül olduğunu bildirən şikətçi deyir ki, ümidi təkcə ölkə rəhbərliyinədir.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …